İdman

Ronaldu sevgilisinə futbol tarixinin ən bahalı üzüyünü hədiyyə etdi – FOTO

“Yuventus”un ulduzu Kriştianu Ronaldu yenidən özündən söz etdirib.

Fanat.Az xəbər verir ki, portuqaliyalı futbolçu sevgilisi Corcina Rodrigesə bahalı nişan üzüyü hədiyyə edib. Üzüyün dəyəri 615 min funt-sterlinqdi (təxminən 1 milyon 340 min manat).

Xəbərlərin yayıldığı vaxtda Corcina bir səhifədə həmin üzüyün fotosuna rəy yazıb.

Bu üzük futbolçuların sevgililərinə və həyat yoldaşlarına hədiyyə etdiyi ən bahalı zərgərlik məmulatı hesab olunur. Bundan əvvəl ingilis qapıçı Cordan Pikford sevgilisinə 540 min, başqa bir ingilis futbolçu Eşli Koul 295 min funt-sterlinqlik hədiyyə edib.

Bənzər yazılar

Back to top button