Cəmiyyət

Magistratura səviyyəsi üzrə yeni ixtisaslar yaradıldı

Nazirlər Kabineti “Ali təhsilin magistratura səviyyəsi üzrə bəzi ixtisasların (ixtisaslaşmaların) Təsnifatı”nda dəyişiklik edib.

AzToday.az xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərarla ali təhsilin magistratura səviyyəsində Sərhəd təhlükəsizliyi və idarəetmə (sahələr üzrə), “Təbiət ixtisasları qrupu” bölməsinə yeni Dövlət informasiya sistemlərinin təhlükəsizliyi və Rəqəmsal hökumət, “Texniki və texnoloji ixtisaslar qrupu” bölməsinə Neft-qaz çıxarmada nanotexnologiya, Süni intellekt, Məsafədən müşahidə, “Səhiyyə, rifah və xidmət ixtisasları qrupu” bölməsinə Dərman preparatlarının keyfiyyətinin təminatı ixtisasları əlavə edilib.

Bənzər yazılar

Back to top button