İdman

Kriştianu Ronaldu diskvalifikasiya ediləcək

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun kapitanı Kriştianu Ronaldu diskvalifikasiya ediləcək.

Fanat.az “Asharq Al-Aswat”a istinadən xəbər verir ki, 39 yaşlı hücumçu 2 oyunluq cəzalanacaq.

Buna səbəb portuqaliyalı forvardın ölkə kubokunun yarımfinalında üz-üzə gəldikləri “Əl-Hilal” ilə matçın 86-cı dəqiqəsində rəqibi dirsəklə vurmasıdır.

Qeyd edək ki, Ronaldu cari mövsüm meydana çıxdığı 37 oyunda 36 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.

Bənzər yazılar

Back to top button