Hadisə

Məhkəmə hakimi biznesə girişib – Şəmsəddin Abbasov avtomobil təmiri sexi açıb

“Xudat Balıq” ASC-də qaranlıq əməlləri, Əhəd Purun yaxın dostu, qardaşının İranla sıx əlaqəsi…

Bir neçə gün öncə Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovun iranlı iş adamı Əhəd Purla yaxın dost olması barədə mətbuatda ilginc məlumat yayıldı. Həmin xəbərdə bildirilirdi ki, Şəmsəddin Ababsovun “Xudat Balıq” ASC-nin özəlləşdirilməsi zamanı etdiyi “qəhrəmanlıq” onun Əhəd Purla yaxın dost olmasına şərait yaradıb.

Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovla bağlı apardığımız kiçik araşdırmada isə maraqlı məlumatlara rast gəldik.

AzFakt.com-un əldə etdiyi məlumata görə Şəmsəddin Abbasov bacısı oğlunun vasitəsi ilə avtomobil mühərriklərinin ehtiyyat hissələrinin təmiri sexi yaradıb. Avtomobil mühərriklərinin təmiri işi kiçik bir biznes sahəsi təsərrüatı yaratsa da, əslində çox ciddi gəlirli bir sahədir. Hər il dövlət və özəl şirkətlər avtomobillərinin təmiri üçün milyonlarla manat vəsait xərcləyirlər. Məhz bu sistemdə milyonlarla manat vəsaitin dövr etdiyini yaxşı bilən Şəmsəddin Abbasov vəzifə səlahiyyətindən sui-istifadə edərək dövlət qurumlarının və böyük şirkətlərin rəhbərləri ilə müxtəlif vasitələrlə əlaqəyə keçərək, təmir işlərini yaratdığı sexə verilməsini təşkil etdirir.

Qeyd edək ki, Şəmsədin Abbasova məxsus olan avtomobillərin təmiri sexinin hazırda Masazır qəsəbəsində, DYP rəisi Ramiz Zeynalova məxsus olduğu deyilən Moped.az şirkətinin ərazisində fəaliyyət göstərdiyi bildirilir.

Aldığımız digər məlumata görə Şəmsəddin Abbasovun təmir sexi işlədən bacısı oğlu həm də Masazır qəsəbəsi ərazisində torpaq sahələrini zəbt edərək, satışı ilə də məşğuldur. Belə ki, bacıoğlu dayısının himayədarlığı ilə Masazır qəsəbəsində torpaq sahələrini zəbt edir, heç bir sənədi olmadan evlər tikərək satır.

Qeyd edək ki, Sumqayıt şəhər Apellyasiya Məhkəməsinin hakimi Şəmsəddin Abbasovun adı ölkə mətbuatına yad isim deyil. Onun adı bir neçə il öncə “Xudat Balıq” ASC-nin iş adamı Güləhməd Güləhmədovun əlindən alınması məsələsində hallanıb.

Həmin vaxt iş adamı Güləhməd Güləhmədov hakim Şəmsəddin Abbasovun cinayətləri barədə ədliyyə naziri Fikrət Məmmədova müraciət etmişdi.

Bundan başqa Şəmsəddin Abbasovun bizneslə məşğul olan qardaşının tez-tez İrana gedib-gəldiyi və bu ölkə ilə sıx əlaqədə olduğu deyilir.

Bənzər yazılar

Back to top button