GündəmSiyasət

Qarabağdakı Rusiya sülhməramlılarına yeni komandan təyin edilib

Sputnik-Ermənistan agentliyi aprelin 25-də axşam bildirib ki, general-polkovnik Aleksandr Lentsov Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin yeni komandiri təyin edilib.

Agentlik bu xəbəri RF Müdafiə Nazirliyindəki mənbəyə istinadən verib, halbuki, Müdafiə Nazirliyinin saytında belə bir məlumat yoxdur.

General Lentsov 2020-ci ilə qədər Quru Qoşunları Ali Baş Komandanının müavini olub. Çeçenistandakı birinci və ikinci müharibələrdə, Rusiyanın Suriyadakı hərbi əməliyyatlarında döyüşlərdə iştirak edib.

Lentsov 2022-ci ilin yanvarından Qarabağda sülhməramlılara komandanlıq edən general-mayor Andrey Volkovu əvəz edəcək.(Turan)

Bənzər yazılar

Back to top button