Hadisə

Analarının ad gününə çata bilməyən şəhid qardaşlar… – VİDEO

“Onlar şəhidlik zirvəsinə çatdılar. Düzdür, çətindir, amma fəxr edirəm”.

Canını balası üçün hər an qurban verməyə hazır olar analar. Mövzu Ana Vətən olanda isə analar susarlar, dinməzlər.

AzToday.az xəbər verir ki, AzTV Lerikli şəhid qardaşlar Altay və Elgün Mövlanov qardaşlarının evində olub. Qardaşlardan biri sentyabrın 30-da, o biri isə oktyabrın 30-da – anasının ad günündə şəhid olub. İkisi də icazə alıb ad gününə gələcəkdilər, amma qismət olmayıb.

Şəhid anası Sevda Novruzova deyir ki, onlar övladı özləri üçün böyütməyiblər: “Biz övladlarımızı Vətən və torpaq üçün böyütmüşdük”.

Daha ətraflı süjetdə:

Bənzər yazılar

Back to top button