Dünya

Şengen ölkələrinin sərhədləri nə vaxta kimi bağlı qalacaq?

Koronavirus pandemiyası səbəbindən Şengen ölkələri sərhədlərini sentyabr ayına qədər bağı saxlaya bilər.

Qaynarinfo xəbər verir ki, bu haqda Fransa prezidenti Emmanuel Makron açıqlamasında deyib.

BFM telekanalanın məlumatına görə, Fransa lideri bu barədə cümə günü, aprelin 10-da birlik liderləri ilə videokonfrans zamanı söyləyib. Makronun bildirib ki, xəstəliyin zirvəsinə hələ çatmadığı, həmçinin epidemiyanın ikinci dalğasının mümkün olduğu bir sıra dövlətlər var.

TASS-ın verdiyi məlumata görə, hələ ki Yelisey Sarayının mətbuat xidməti bu məlumatı şərh etməklə bağlı sorğuya cavab verməyib.

Bənzər yazılar

Back to top button