Dünya

Azərbaycanlı Almaniyada vağzalı partlatmaqla hədələdi

Oktyabrın 20-də, axşam saatlarında içkili vəziyyətdə olan 41 yaşlı azərbaycanlı Almaniyanın Kassel vağzalında ajiotaja səbəb olub.

Virtualaz.org bildirir ki, bu barədə yerli Llokalo24 nəşri xəbər yayıb.

Kassel-Vilhelmsxyox stansiyasına gələn qatarın bələdçiləri federal polisin əməkdaşlarına bildiriblər ki, sərnişinlərdən biri özünü olduqca aqressiv aparır. Polislər onu sakitləşdirməyə çalışanda həmin şəxs qışqırmağa başlayıb və bildirib ki, yükündə bomba var və onu partladacaq.

Kişini sakitləşdirmək üçün, polis əməkdaşları güc tətbiq etməyə məcbur olublar.

Sonra yükə baxış keçirilib. Amma adı açıqlanmayan azərbaycanlının yükündə nəinki bomba, ümumiyyətlə heç bir partlayıcı tapılmayıb.

Alman nəşri qeyd edir ki, azərbaycanlı fransız pasportu ilə səyahət edib. Alkoqol testi aşkar edib ki, kişi güclü sərxoşluq vəziyyətində olub.

Almaniyanın federal polisi azərbaycanlını saxlayıb və ona qarşı cinayət işi qaldırıb. Ancaq o, məhkəmənin, prokurorla məsləhətləşməsindən sonra, təyin etdiyi 500 avro cəriməni ödəyib və sərbəst buraxılıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button