Hadisə

Vətəndaş Prezidentə şikayət etdi: “Budurmu hüquq…?”

Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R. Allahverdiyev küçəsi, 4-cü mədən ərazisi, fərdi evdə yaşayan Comərdov Elxas Səfi oğlu üzləşdiyi haqsızla bağlı Prezident İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci Vitse Prezidenti Mehriban xanım Əliyevaya müraciət edib.

Müraciəti olduğu kimi təqdim edirik:

Hörmətli Prezident !

Əgər sizin təyinatnızla hakim kürsüsündə oturmuş hakim, vətandaşın hüquqların görməməzliydən gəlib, güclü, imkanlı, hakimiyyət tərəfdən təminatlı tərəfin haqqsız iddasın təmin edib, qanunları ayaq altına atıb haqqlı tərəfin hüquqların tanımırsa və bunu Azərbaycan Respublikası adından qəbul etdiyi qərarla təsdiqləyirsə bu ədalətsizlik vətəndaşa qarşı hörmətsizlikdir, yoxsa sizin etimada və ya təyinata…?

Cənab Prezident!

6 hakim, 4 ayrı-ayrı məhkəmələrdə, ayrı – ayrı işlər üzrə baxılan proseslərdə bütün hallarda mövcud qanunlar hüquqlarımı tənzimləsə də, sifarişli, ədalətsiz qərarlar məndə Azərbaycan Məhkəmə sisteminə ifrat dərəcədə nifrət yaratdı.

Odur ki, hər bir məhkəmə prosesi və həmin məhkəmə işin aparan hakimlər haqqında edəcəyim müraciətimin tərəfnizdən ciddi nəzarətə götrülərək araşdırılmasına göstəriş verməynizi sizdən acizanə surətdə xahiş edirəm.

1-ci məhkəmə işim barədə

Mən, 17. 03. 2018 – ci ildə “Kontak – home” mağazalar şəbəkəsinin “20 yanvar” metro – stansiya yaxınlığındakı mağazasından İMEL kodu 86328103236954 HOFMAN markalı, kredit şərtləriylə müqvilə bağlayaraq mobil telefon götürdüm. Müqavilə şərtinə də əməl edərək 3 aylıq, gecikmə olmadan 118 manat məbləğində qrafikə uyğun ödəniş də etdim. Hansı ki, birinci ayın ödənişi ərəfəsində telefonun senser deyilən hissəsi dondu, yəni heç bir əməliyyat etmək mümkün olmadı. Həmin vaxtlar işimlə əlaqədar vaxt edib bunu aldığım mağazaya təqdim edə bilmədim. Ödənişi edən ərəfədə telefonu mağazaya gətirdim. Artıq telefon işləmədiyinə görə əsəblə stolun üzərinə atılarkən, stolun bu biri başından yerə düşərək ekranında çat əmələ gəlmişdi. “Qızıl zəmanətim” olduğuna, müqavilə şərtlərinə əsasən təmiri pulsuz olmalıydı. Mənə “Nizami” metro – stansiyası yaxınlığında təmir üzrə servislərinin olduğun, telefonu ora aparmağımı məsləhət gördülər. Mən orada bunlara, satıcıya və özün rəsmi şəxs kimi təqdim edən digər bir şəxsə etiraz etdim ki, bu cür xidmət olmur. Çünki vətəndaş, müştəri, alıcı şərtlərə uyğun, rahatlığı üçün bu cür şərtlərlə razılaşıb sizdən telefon (mal) götürür. Bu malın təmirə ehtiyacı olduğda daha qapılar gəzməməlidir. Odur ki, məcbur olub deyilən, təmir üzrə ixtisaslaşmış servisə apardım. 10 gün müddətinə təmir edəcəklərini desələrdə, 8 günə təmir edib verdilər. Bundan təxminən 10 gün sonra yenə donma başladı, telefon işləmədi. Bundan sonra mən yenidən həmin mağazaya gəlib, telefonun eyni vəziyyətin yenidən təkrarlanmasını bildirdim. Bu dəfə də mənə “Qızıl zəmanət” min olduğun xatırladıb, həmin servisə gedməyimi məsləhət bildilər. Mən yenidən həmin servisdə oldum, əvvəlki nöqsanın təkrarlandığın vurğulayıb xahiş etdim ki, bunun bir daha təkrarlanmayacağına dair mənə arayış verin. Bundan imtina edib, bildirdilər ki, “Qızıl zəmanət” in var, istənilən vaxt təkrarlansa gətirin düzəldəcəyik. Mən buna etiraz etdim ki, mən rahatlığım üçün o şərtlərlə razılaşıb telefon götürdüm. Daha yanımda “xəstə” gəzdirməyəcəm ki. Elə bu cür narazılıqlada mal, telefon götürdüyüm mağazada oldum. Telefonun başqasıyla əvəzlənməsin və ya bir başqa firmanın malıyla əvəzlənməsin xahiş etdim. Lakin bundan imtina etdilər ki, apar təmirə düzəltdir. Bundan sonra mən bu mağazalar şəbəkəsinin baş ofisin, rəhbərliyinin kim olması barədə soruşdum. Bildirdilər ki, bəs baş ofismiz “Nəsimi” metro – stansiyanın üstündə mağaza şəbəkəmizdə oturur. Mən deyilən ünvana gəlib prosesləri izah edib, telefonun dəyişdirilməsin, əvəzlənməsin və yada AKT tərtib olunaraq geri götürülməsin istədim. Lakin buna əməl etmədilər və oradan bir az aralı rəhbərliyin olduğun deyib, ünvan verdilər. Deyilən ünvana getdim. İki həftədən, yəni iki dəfə həftə arası gedişimdən sonra birinin Əzim adlı şəxsin qəbuluna düşə bildim. Vəziyyəti Əzim adlı şəxsə izah etdim. Məni dinləyib bildirdi ki, bir həftə mənə möhlət ver, rəhbərliklə danışım, gələcəymiz qənayəti sizə deyərəm. Bir həftədən sonra Əzim bəyə özüm zəng etdim. Oda bildirdi ki, bəs rəhbərlik də deyir ki, ” Qızıl zəmanət” i var. Aparsın düzəltdirsin. Bundan sonra bir tanışımla telefonu aldığım mağazaya gedib, özün mağazanın rəsmi şəxsi, direktoru olan şəxsin qəbulunda olub, zay, xarab telefonlarına sahib çıxmalarını, AKT tərtib edərək geri götürməsini xahiş etdim. O isə bunu edə bilməyəcəyini dedi. Mən məcbur oldum mənimlə gedən şahidin yanında telefonu həmin rəsmi şəxsin stolunun üstünə qoyub çıxdım. Hansı ki, buna qədər də bir dəfə başqa tanışımın şahdliyilə həmin şəxsin, müdirin yanında olmuşdum. Onda da telefonu qaytarmaq, yenisiylə əvəzlənməsin istəsəm də mənə başqa, yuxardakı ünvanı demişdilər. Odur ki birinci gedişimdə yox, məcbur oldum deyilən bütün presudurları keçim, sivil qaydada Akt tərtib edilməklə mənə sırınmış zay məhsulların özlərinə qaytarım. Və bundan sonra saytlarda “REKLAMIN TƏRS ÜZÜ :-” KONTAK – HOME” ZAY MƏHSULUNU SIRIMAQ ÜÇÜN MÜŞTƏRİ AXTARIR “başlıqlı,” QIZIL ZƏMANƏTLƏ MÜŞTƏRİNİ QIZIL – QIRMIZI ALDADIRLAR ” yarımbaşlıqlı yazıyla çıxış etdim.
Bundan düz bundan iki il sonra, ” ABC – TELEKOM” MMC Abşeron rayon Məhkəməsində mənə qarşı yuxardakı müqavilə şərtlərinə əməl etməməyimi əsas gətirərək qalan ödənməmiş pulun məndən alınaraq “Kontak – home” yə ödənilməsinə dair idda qaldırmışdır. Hansı ki, həmin ödənilməli məbləğin 3 ayının pulun 118 manatın mən ödəmişdim. Bundan əlavə telefonlarında özlərinə şahidimin qaytarmışdım.

Hörmətli Prezident!

Elə biabırçılığda, kobud qanun pozuntusuda, məni iyrəndirəcək məhkəmə “şousuda” bundan sonra başladı. İş Abşeron rayon Məhkəməsinin hakimi Cəmilə Səfiyevanın icraatındaydı. Pandemiyenan əlaqədar məhkəmə prosesi artıq bir ilə yaxın idi ki uzanırdı. Hakim Cəmilə Səfiyeva hazırlıq iclasında vəziyyəti öyrənib, təqdim etdiyim “Qarşılıqlı iddama” dövlət rüsumu ödəmədiyimə baxmayacağını nəzərimə çatdırdı. Hansı ki “Qarşılıqlı idda” mda mən aramızdab bağlanan müqavilənin Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun pozulmuş hüquqlarımın bərpasına görə ləğvini, şahidlərimin dindirilməsini, antena sorğusunun verilməsini və ödədiyim 118 manatın qarşı, iddaçı tərəfdən alınaraq mənə verilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdim. Çünki, MM – ni 581. 2 maddəsində göstərilir ki, “Satıcı malın adətən istifadə edildiyi məqsədlərə yarıyan əşya verməyə borcludu”, bu məsəllənin 587.2 ci maddəsində, – ” Əşyanın kefiyyətinə dair tələblər əhəmiyyətli dərəcədə pozulduqda ( aradan qaldırıla bilməyən qüsurlar, tənabsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən) qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və digər bu cür qüsurlar olduqda alıcının ixtiyarı var ki, öz seçimi ilə : 587.2.1. Alqı – satqı müqaviləsinin icrasından imtina etsin və ya əşya üçün ödədiyi pul məbləğini tələb etsin, 587.2.2. Lazımı kefiyyəti olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. Bundan başqa “İstehlakçının hüquqları haqqında qanunun 2 – ci bəndində göstərilir ki,” İstehlakçının lazımı kefiyyətdə mal almaq hüququ vardır “. Bundan əlavə mağazayla aramızda bağlanan müqavilədə göstərilir ki, mal müştəriyə istifadə üçün verilir. Ödəniş tam olmadıqda mal müştəridən geri tələb olunur. Bəs necə olur hakim bu qədər mənim hüquqlarımı qoruyan qanunlar olduğu halda bu qanunları görməməzlikdən gəlir?

Bəs “Kontakt – home” ödənişi tam etməmişdimsə niyə malın məndən tələb etmədi?

Bundan əlavə qarşı tərəfin, iddaçının bir məktubun, guya ki, telefon məndə olduğun bildirən arayış məktubun oxuyub bildirdi ki, buna nə deyirsən. Mən buna etiraz edib bildirdim ki, mənim şahidlərim var, onların yanında mən telefonu qaytarmışam. Hakim Cəmilə Səfiyeva sırf qarşı tərəfin hüquqlarını qoruyan səlahiyyətli şəxs kimi çıxış etməsinə etiraz edib bildirdim ki, onların firminni blankları var, möhürləri var, nə istəsələr o sübut sayılır. Amma mənim şahidlərim sübut sayılmır da. Buna etiraz əlaməti olaraq durub məhkəmədən çıxmaq istədim. Hakim isə “-AY KİŞİ OTUR, BURA SƏNİN ÜÇÜN BAZAR DEYİL ” – dedi. Mən isə bildirdim ki-” BƏLİ MƏN BİLİRƏM Kİ, BAZARA GƏLMƏMİŞƏM, AMMA SİZ ELƏ DAVRANIRSINIZKİ, MƏN ÖZÜMÜ BAZARDA HİSS EDİRƏM”…

Bundan sonra mən istehlakçı hüquqlarının müdafiəsi üzrə məhkəməyə verilən ərizəyə görə dövlət rüsumu ödənməməsini bilsəm də, hakimin əlinə fürsət verməməkdən ötrü dövlət rüsumun ödədim. Lakin hakim növbəti məhkəmə iclasının vaxtı mövcud vəziyyətə görə uzandığından mənə göndərilməli olmalı bildiriş SMS – in, “Qarşılıqlı İdda” ərizəmdə şahid kimi təqdim edib, adların, ünvan və telefonların yazdığım şəxslərə məhkəmənin vaxtın bildirən SMS göndərmişdi. Mənə isə heç bir məlumat verilməmişdi. Mən elə bundan da şübhələnmişdim. Şahid kimi təqdim etdiyim şəxslərin mənə məlumatından sonra məndə məhkəməyə gəldim. Hakim mənim şahidlərimi dindirmək istəmirdi ki, bəs qarşı tərəfin telefonun sizdəb olmasın bildirən rəsmi məktubu var. Sizdə də rəsmi nə isə var, deyəndə yenə şahidlərimin dindirilməsin tələb etdim. Bundan əlavə qarşılıqlı iddamda qoyduğum, – “aidiyyatı qruma antena sorğusuna dair” sorğu verilməsin, hansı nömrə ilə, nə qədər, harada, kim tərəfindən işlədilməsinin araşdırılmasının vacibliyin dedim. Eşitdiyimə görə həmin telefon mən qaytarandan sonra kiməsə satılıb, verilib, işləmədiyinə görə geri qaytarıldığın eşitmişdim. Lakin hakim məni şahidlərimi dindirib, katibinə də bunların pratokala yazılmasına göstəriş verdi. Həmdə köməkçisinə bildirdi ki, qarşı tərəfin vəkilində çağı gəlsin, izah et, başa sal ki, şahidlər təsdiq edir telefonun qaytarılmasın. Mənə də bildirdi ki, bəs sizi barışdıracam gedib telefonu götürüb ödənişini edərsən. Növbəti məhkəmə iclasında isə kreslosunda yanpötü oturmuş halda, elə ilk anda qarşı tərəfin çağırtdırdığı səlahiyyətli nümayəndəsinə, – ” nə yaxşı koftan var, haradan almısan” – deyib gülüşdülər. Bundan sonra foedə gözləyən şahidlərimin çağrılıb dindirilməsin istəsəm də, buna əhəmiyyət verməyərək, öz “alverlərindəydi”. Bunu mən özümə təhqir hesab etsəmdə, çünki səsimdə yaranan problemələ əlaqədar hakim heç mənə tərəf belə baxmırdı. Boğula – boğula qışqıraraq danışsam da hakim, eynən bazar adamı kimi, birtərəfli oturub qarşı tərəfin səlahiyyətlisiylə şirin söhbət edirdi. Elə bil ki, məni başdan etməyə cəhd edirdi. Həhayyət razılaşdıq ki, qarşı tərəfin səlahiyyətlisi ilə gedib görüşüm, telefon mənə qatarılmaqla, yeni ödəniş qrafiki tərtib edilsin. Məcbur olub razılaşdım. Bu işlə bağlı qərarı isə, 29 oktyabrda növbəti məhkəmə iclasında qəbul olunacağını bildim. Bir müddətdən sonra qarşı tərəfin səlahiyyətlisiylə zəngləşdim. Bir neçə gündən sonra görüşdük. Kiminləsə məsələni müzakirə edib, növbəti həftəyə məsəkəni həll edəcəyini dedilər. Növbəti həftə zəng edib soruşanda, vaxt edib özü əlaqə saxlayacağını dedi. Lakin mən 21 noyabrda poçtla məktubu, qərarı ala bilmədiyimi görüb Abşeron rayon Məhkəməsinə getdim. Dəftərxanadan qərarı soruşdum. Mənə daxili nömrə verib zəng edib, məlumat almağımı bildirdilər. Mən verilən nömrələrlə zəng edib qərarı soruşanda 25 noyabrda bir daha gəlməyimi istıdilər. Amma mən 27 də getdim, mənə isə bildirdilər ki, bəs qərar poçtla sizə göndərilib. Mən 1 dekabrda məktubu, qərarı poçtdan götürdüm. 09 dekabrda qarşı tərəfə zəng edəndə bildirdilər ki, qoy qərarı alaq sonra. Mən qırarın bu cür gecikdirilməsi, qərarın mənim əlehimə olması, qarşı tərəfin iddasının tam təmin olunması bir oyunmuş ki, bu qanunsuz qərar qüvvəyə minmə vaxtını tamamlasın. Bunun belə olduğunda qarşı tərəfə növbəti zəngimdə bildim. Qarşı tərəf bildirdi ki, qərar sənin əmək haqqına yönələcək, telefonuda bundan sonra gəlib götürərsən.

Cənab Prezident!

Budurmu Azərbaycan Respublikasının ƏDALƏT MƏHKƏMƏSİNİN ədaləti…?
Budurmu hüquq…?

Bu işin tam araşdlrılmasına göstəriş verməyinizi bir daha xahiş edirəm”.

Bənzər yazılar

Back to top button