Siyasət

Elə etməliyik ki, Rusiya hərbçilərinin fəaliyyət imkanları azalsın… – Politoloq

“2021-ci ildə Türkiyə ilə hərbi ittifaq xeyli güclənəcək”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, bunun üçün Türkiyə hərbçilərinin bölgəyə gəlişi sürətləndirilməlidir:

“2021-ci ildə bizi çox işlər gözləyir. Birinci növbədə işğaldan azad etdiyimiz bölgələri bərpa etməliyik, infrastruktur qurulmalıdır. Torpaqlarımızın böyük qismi şanlı Azərbaycan ordusu tərəfindən azad edilib. Amma müəyyən bir qismi qalıb ki, orada separatçılar var. Onlara Rusiya hərbiçiləri himayədarlıq edirlər. 2021-ci ildə bu məsələnin həllini sürətləndirməyə çalışmalıyıq. İl ərzində elə etməliyik ki, Rusiya hərbçilərinin fəaliyyət imkanları azalsın, separatçıların fəaliyyətini ortadan qaldıraq”.

Elxan Şahinoğlu deyir ki, bu ildən başlayaraq Azərbaycan qazı Avropya çıxır:

“Gəlirlərimiz kimi siyasi mənada Azərbaycanın dəyəri də artacaq. Bu istiqamətdə bizi gələcəkdə Avropanın müxtəlif bölgələri ilə danışıqlar gözləyir, uğurlarmız olacaq. ABŞ-da yeni prezident seçilib. Amerikanın Cənubi Qafqazda müəyyən maraqları var. Odur ki, Amerika ilə dialoqlar davam edəcək. Rusiya, İranla tərəfdaşlıq münasibətləri və ortaq layihələr davam edəcək ki, bu da çox vacibdir. Düşünürəm ki, dünyanı bürüyən COVİD -19 virusunun miqyası da azalacaq. Artıq peyvənd istifadə olunmağa başlayıb. Bir neçə aydan sonra virusun təsir imkanları azalacaq”.

Elxan Şahinoğlu hesab edir ki, 2021-ci ildı tikinti sektorunda canlanma yaranacaq:

“İqtisadi inkişafa gəldikdə isə virusla mübarizədə önəmli nəticələr əldə etdikdən sonra iqtisadi inkişafımız da sürətlənə bilər. Azad edilmiş rayonları inkişaf etdirməklə tikinti sektorunu da canlandıracağıq”.

Bənzər yazılar

Back to top button