Gündəm

Müdafiə Nazirliyi minaların təmizlənməsi və təminat yollarının çəkilməsi üzrə tədbirlər haqda hesabat verib

Oktyabrın birinci yarısında Azərbaycan ordusunun mühəndis-istehkam bölmələri işğaldan azad edilmiş ərazilərdə 550 hektardan çox ərazini mina və partlamamış hərbi sursatlardan təmizləyib. Bu barədə oktyabrın 15-də Müdafiə Nazirliyi məlumat yayıb.

İndiyədək 27960 hektardan çox ərazi minalardan təmizlənib.

Ümumilikdə, 9726 ədəd piyada əleyhinə, 2485 ədəd tank əleyhinə və 10316 ədəd partlamamış döyüş sursatı aşkarlanaraq məhv edilib.

“Mina təmizləmə işlərində əsas səylər azad olunan ərazilərdə yaşayış məntəqələri, əkin sahələri, yollar və infrastruktur obyektlərinə yönəldilib”, – məlumatda deyilir.

Bundan əlavə, mühəndis qoşunlarının digər dövlət qurumları ilə qarşılıqlı fəaliyyəti nəticəsində mürəkkəb relyefli ərazilərdə bölmələrin fəaliyyətini təmin etmək 50 kilometrdən çox yol çəkilib. Ümumilikdə, işğaldan azad edilmiş ərazilərdə bu günədək 1078 kilometrdən çox yeni təminat yolu çəkilib.

Bənzər yazılar

Back to top button