Dünya

Keçmiş polis rəisi Ermənistan Müdafiə nazirinin müavini təyin edildi

Ermənistanın keçmiş polis rəisi Arman Sarkisyan Ermənistan Müdafiə nazirinin müavini təyin edilib.

Ermənistan baş nazirinin müvafiq qərarı hökumətin veb saytında yayımlanıb.

43 yaşlı Arman Sarkisyan peşəkar polisidir, 2000-ci ildə Daxili İşlər Nazirliyi məktəbini bitirib, rayon sahə müvvəkilindən rəis müavinliyinə qədər yüksəlib.

Ermənistandakı “məxməri inqilab” dan sonra, 2018-ci ilin may ayında polis rəisinin birinci müavini təyin edilib, 2019-cu ilin sentyabrında isə rəis Valeri Osipyanın istefasından sonra müvəqqəti olaraq Polis rəsi vəzifəsinin icrasına başlayıb, 2020-ci ilin martında isə bu vəzifəyə təyin edilib.

Üç ay sonra, 8 iyun tarixində vəzifəsindən azad edilib.

Bənzər yazılar

Back to top button