Dünya

Ermənistan Müdafiə Nazirliyində geniş kadr dəyişikliyi gözlənilir

AzToday.az “aysor.am”a istinadən xəbər verir ki, bu günlərdə Ermənistan Müdafiə Nazirliyində maraq doğuracaq toplantılar başlayıb. Saytın yaydığı məlumat görə, bu barədə xəbər verən “Joğovurd” qəzeti yazır ki, Müdafiə Nazirliyində geniş kadr dəyişikliyi gözlənilir.

Bundan əlavə, nəşrin yazdığına görə, bu dəyişikliklər əsasən Müdafiə Nazirliyinin yenidən qurulması nəticəsində yaradılan şöbələrdə, yeni əməkdaşların cəlb olunması ilə əlaqədardır: “İndi nazirlikdə gözlənilən yenidən formalaşma prosesi ilə əlaqədar daxili müzakirələr aparılır. Öyrəndik ki, hərbçilərin sosial müdafiəsi şöbəsinin müdiri Serj Aruşanyan vəzifəsindən azad edilib və onu bu vəzifədə Nazirliyin İnsan hüquqları və nümunəvi davranış mərkəzinin şöbə rəisi vəzifəsində çalışan Alik Avetisyan əvəz edib. Ancaq şöbədəki daxili proseslər bununla bitməyəcək, yaxın gələcəkdə yeni dəyişikliklərin və yenidən formalaşmaların şahidi olacağıq”.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button