İdman

Beyl “Real”a qayıda bilər

“Real”ın icarə əsasında “Tottenhem”də çıxış edən futbolçusu Qaret Beylin meneceri Conatan Barnett oyunçunun Madrid təmsilçisinə qayıtma ehtimalından danışıb.

Qol.az goal.com-a istinadən xəbər verir ki, o, 31 yaşlı hücumçunun yenidən “kral klubu”nda çıxış etməyə müsbət yanaşdığını deyib:

“Beylin “Real”la bir problemi yoxdur. Ora möhtəşəm bir klubdur. Beylin geri qayıtmağı problem olmaz. Sadəcə “Real”ın ona ehtiyacının olub-olmadığına, futbolçunun “Real” üçün oynayıb-oynamayacağına qərar verməyi lazımdır. Məncə, bunu da Zinəddin Zidandan soruşmalısınız”.

Həmçinin menecer uelsli oyunçu ilə “Tottenhem”in baş məşqçisi Joze Mourinyo arasında münasibətin yaxşı olduğunu da vurğulayıb.

Qeyd edək ki, Beyl ötən yay icarə qaydasında “Real”dan “Tottenhem”ə keçib.

Bənzər yazılar

Back to top button