AnalitikaBizim seçimİqtisadiyyatManşet

Vasif Talıbovun karantin qaydalarını pozduğu mərkəz kimindir? (FOTOFAKT)

“Sırağagün Şahbuz rayonunda istifadəyə verilmiş Ağbulaq Xizək Mərkəzi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun şəxsi obyektidir”.

AzToday.az xəbər verir ki, bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli yazıb.

O bildirib ki, mərkəz Vasif Talıbovun oğlu Seymur Talıbovun şirkətinə məxsusdur: “2018-ci ildən təməli atılan və tikintisinə Muxtar Respublikanın büdcə vəsaitlərinin cəlb olunduğu mərkəz Vasif Talıbovun oğlu Seymur Talıbovun sahibi olduğu NƏXŞİCAHAN HOLDİNQ LTD ŞİRKƏTLƏR QRUPUNUN “AĞBULAQ İSTİRAHƏT MƏRKƏZİ” MMC-yə məxsusdur”.

“Seymur Talıbovun 35 yaşı var, sahibi olduğu tək “NƏXŞİCAHAN” qrupuna 35-dən artıq şirkət daxildir, Muxtar Respublikadakı az qala bütün otel müəssisələri, restoran və kafelər, istirahət və əyləncə obyektləri, yanacaqdoldurma stansiyaları, ticarət, sənaye obyektləri və tibb klinikaları bu qrupa daxildir”, – Cavanşir Həsənli feysbuk hesabında yazıb.

O bildirib ki, Seymur Talıbov eyni zamanda Naxçıvan MR-nın Ali Məclisinin üzvü, Naxçıvan dövlət Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru və Azərbaycan Şahmat Federasiyasının vitse-prezidentidir.

Jurnalist bununla bağlı rəsmi sənədlər də yayıb, lakin mövzu ilə bağlı Seymur Talıbovdan münasibət almaq mümkün olmayıb.

Bənzər yazılar

Back to top button