İdman

Riera yenidən “Bordo”da – Bu dəfə baş məşqçi kimi

“Qalatasaray”ın sabiq futbolçusu və məşqçisi Albert Rieranın yeni iş yeri müəyyənləşib.

Fanat.az xəbər verir ki, o, Fransa Liqa-2-də mübarizə aparan “Bordo”ya baş məşqçilik edəcək.

Bu barədə klubun saytı məlumat yayıb. 41 yaşlı mütəxəssislə 2025-ci ilin yayınadək müqavilə imzalanıb. Albertin məşqçi heyətində fransalı mütəxəssislər Pablo Remon Arteta və Xulian Ximenes də yer alacaq.

“Bordo” Albert üçün yad klub deyil. Çünki o, 2003-2005-ci illərdə bu komandada oynayıb.

Riera 2011-2014-cü illərdə “Qalatasaray”ın formasını geyinib. İspaniyalı keçmiş müdafiəçi 2020-21 və 2022-ci illərdə İstanbul klubunda köməkçi məşqçi kimi işləyib.

Bənzər yazılar

Back to top button