Dünya

Səhiyyə nazirinin müavini koronavirusa tutuldu

Böyük Britaniyanın səhiyyə nazirinin müavini Nadine Dorries koronavirusa tutulub.

Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, nazir müavininin müayinəsi zamanı testlərin nəticəsi müsbət çıxıb. Verdiyi açıqlamada bütün tövsiyələri yerinə yetirdiyini və evdə karantin altında olduğunu bildirib.

Digər tərəfdən nazir müabininin son günlərdə ölkənin baş naziri Boris Consonun da qatıldığı bir tədbirdə iştirak etdiyi və ötən həftə isə parlamentdə yüzlərlə deputatın arasında olduğu bildirilib.

Qeyd edək ki, ümumilikdə 382 nəfərin epidemiyaya yoluxduğu Britaniyada 6 nəfər virus səbəbindən həyatını itirib.

Bənzər yazılar

Back to top button