GündəmİqtisadiyyatManşet

Yaqub Eyyubov və Etibar Pirverdiyev Qusarda 450 hektar torpaq sahəsi alıb (FOTO)

Baş nazirin birinci müavini Yaqub Eyyubovun Qusarda böyük torpaq sahələri və fındıq bağları almasının təfərrüatları məlum olub.

AzToday.az xəbər verir ki, bununla bağlı jurnalist Cavanşir Həsənli məlumat verib.

Onun sözlərinə görə, Yaqub Eyyubov həmin bağları və torpaq sahələrini “Azərenerji”nin keçmiş rəhbəri Etibar Pirverdiyevlə şərik alıb. Söhbət ümumilikdə 344 hektar sahədən gedir. Onun 98 hektarı Qusarın Çubuqlu, 246 hektarı Həsənqala kəndinin torpaqlarını əhatə edir. Hansı ki, həmin ərazilər adıçəkilən kəndlərin sakinlərinə məxsus olub və xeyli əvvəl “QRANT QARDEN” MMC tərəfindən zəbt edilib.

“QRANT QARDEN” MMC-nin sahibi Qida Təhlükəsizliyi Agentliyinin rəhbəri Qoşqar Təhməzlinin yaxın adamı kimi tanınan zəngilanlı iş adamı Xaliq Abbasovdur. Xaliq Abbasovun müxtəlif şəxslərin adına banklara böyük miqdarda borcu olduğu haqqında dəfələrlə məlumat yayılıb. Görünür, Xaliq Abbasov bu səbəbdən torpaq sahələrini Yaqub Eyyubova satmalı olub.

Bənzər yazılar

Back to top button