Dünya

Irəvanda Ermənistanın və separatçı rejimin keçmiş liderləri yenidən görüşüblər

Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın mətbuat katibi – Arman Musinyan bildirib ki, 25 martda Ermənistanın sabiq prezidentləri Ter-Petrosyan, Robert Köçəryan, Serj Sarkisyan, habelə Qarabağda separatçı qanunsuz rejimlərin keçmiş rəhbərləri Arkadiy Qukasyan və Bako Saakyan görüşüblər.

Ermənilərin keçmiş liderləri Qarabağdakı müharibədən sonrakı vəziyyəti, həmçinin gələcək proseslərlə bağlı məsələləri müzakirə etdilər. Söhbətin təfərrüatları jurnalistlərə bildirilmir.

Bu, sabiq liderlərin ikinci görüşüdür. Onlar ilk dəfə 2020-ci ilin oktyabrında müharibənin qızgın zamanı Qarabağ separatçılarını xilas etməyə ümid edərək görüşdülər. Noyabrın 9-də müharibə erməni ordusunun tamamilə dağılması və Azərbaycanın bütün ərazisindən tədricən çıxması ilə başa çatdı. (Turan)

Bənzər yazılar

Back to top button