AnalitikaİqtisadiyyatManşet

Ərdoğan iqtidarinin iqtisadi tərəfi (TƏHLİL)

Türkiyənin təkbaşına idarəçilik sistemi qurmuş Ərdoğanın da Azərbaycanda pərəstişkarları az deyil. Son on illiklərin içərisində qardaş ölkənin ortaya çıxardığı çox xarizmatik lideri kimi xarakteriza etsək, yanılmarıq. Liderlik keyfiyyətindən başlamış, Türk təəsübkeşliyinə, iradəli dövlət insanı olmasından başlamış aratorluğuna qədər çoxcəhətli üstünlükləri olan tarixi şəxsiyyətdir.

Lakin bu qədər iqtisadi geriləmələrə, dövlət idarəçiliyinə heç bir uyğunluğu olmayan insanları texnokratik korpus adı altında cəmiyyətə həzm edə bildirmək bacarğı gerçəkdən də zor iş. Bu qədər koloritli komanda üzvlərini (akademik yükü olanlar, aydınları) sürətlə itirə-itirə ortada tək qalmış lider təəsuratı yaradan prezidentin özünü heç olmamış kimi aparan dövlət başçısına insan gerçəkdən də təəcüblənir. Populist layihələrə önəm verməsi ilə seçilən və təməl iqtisadi düşüncəsinə görə xeyli çatışmazlıqları olan bir dövlət adamının çıxışlarını dinləyərkən özü-özümə sual edirəm: ya prezidentin müşavirlik korpusu yoxdur və yaxud o, heç kimi dinləmir və kənar rəyləri nəzərə almadan özünə ifrat dərəcədə inanır. Şəxsən, mənə bəzən elə gəlir ki, Ərdoğan həddən artıq inadcıl və ya tərs bir insandır. Öz fikirlərinə dəhşətli dərəcədə inanan və heç bir alternativi yaxına buraxmayan yad fikrə dözümsüz birisidir.

Ərdoğanın iqtisadi komandasının gücünü ifadə edən çoxlu sayda makroiqtisadi göstəricilər var. Lakin bir neçəsi var ki, gerçəkdən göz çıxarır: tədiyyə balansında davamlı olaraq (cari açık) mənfi saldoya malik olması, illik inflyasiya səviyyəsinin ikirəqəmli səviyyədə tərəddüd etməsi, dövlətin boynundan asıllığı artan aztəminatlı əhali qruplarının sayının artması, ikirəqəmli 20 faizə yaxınlaşan işsizlərin sayının artması, xarici dövlət borclarının kritik həddə qədər yüksəlməsi və s. Bunlar o qədər mühüm makroiqtisadi indikatorlardır ki, qeyri-tarazlı hallar üçün bunlar çox mühümdür.

Türkiyənin iqtisadi artım qrafiki
Cədvəli təhlil edərkən iqtisadi artımın necə həssas və davamlı olmadığını görmək olur. Halbuki 2011-ci ildə baş nazir olarkən Ərdoğan 2023-cü illə bağlı iqtisadiyyatın qarşısında duran vəzifələri açıqlayan zaman tamamilə başqa hədəflərdən danışırdı:

ÜDM-nin illik həcminin 2 trilyon dollar olacağını;
Adambaşına düşən milli gəlirin 25 min dollar olacağını;
İllik ixracat 500 milyard dollar olacağını;

Qarşıya qoyulmuş hədəflərə 3 il qalmasına baxmayaraq 2020-ci ilin nəticələrinə görə makroiqtisadi indikatorları ölçmək mümkündür. Hazırda iqtisadiyyatdakı vəziyyət belədir:

ÜDM-nin illik həcmi 717 mlrd. dollar (hədəfin 1/3)
Adambaşına düşən milli gəlirin həcmi 8 min dollar (hədəfin 1/3)
İllik ixracın həcmi 170 mlrd. dollar (hədəfin 1/3)

2011-ci ildən bu yana 228 ayda edə bilmədiklərini bundan sonrakı 28 ayda edə biləcəyinə inanmaq olarmı? Burası dərindən düşünmək üçün ciddi əsasdır.

Türkiyənin uzun illər əziyyət çəkdiyi tədiyyə balansında mənfi saldoya diqqət etmək lazımdır. AKP iqtidarının 2002-ci ildən hökumət başına gələndən üzü bu yana hansı illərdə “cari əməliyyatlar balansı”nda nə qədər mənfi saldo baş verdiyi çox aydın sürətdə göstərilib.
Ərdoğan iqtidarda olandan üzü bu yana tədiyyə balansından 2003-2020 illər ərzində – 570 milyard dollar mənfi saldo (cari açık) olmuşdur. Halbuki 1980-2002 zaman müddətində – 27,2 milyar dollar səviyyəsində olmuşdur.

Ümumilikdə son 17 ili təhlil edən zaman Ərdoğan iqtidarının 2003-cü ildən indiyə qədər olan zaman kəsiyində iqtisadi tərəflərini qiymətləndirən zaman bir neçə vacib iqtisadi parametrlərə və nəticələrə görə dəyərləndirmək olar:

• Ərdoğan iqtidara gələn zaman Türkiyənin yüksək texnologiya istehsalı ixracatında payı 2003-cü ildə 6,12% ikən, 2020-ci ildə bu rəqəm 3,23%-ə düşüb.

• İEÖ içərisində Türkiyənin xüsusi çəkisi 1980-ci ildə 3,57% idisə, 2019-cu ildə 2,15%-ə düşmüşdür.

• Adambaşına düşən dövlət borcu 2018-ci ildə 12.400 TL idisə, 2021-ci (mart) ilin birinci rübündə 22.150 TL olmuşdur.

• Rəsmi məlumatlara görə, ölkədə 11 milyon nəfər işsizdir. Lakin alternativ hesablamalara görə isə, işsizlərin sayı 20 milyonun üzərindədir.

Bu qədər iqtisadi tənəzzül elementlərinin gücləndiyi bir şərtlər daxilində Türkiyə lirəsinin bazarları çalxalaması başa düşüləndir. Ölkədə “soyuq” pul problemi var. “İsti” pullarla isə bazarları necə sabitləşdirmək olar?

AKP iqtidarı gərək çox aydın sürətdə etiraf etsin ki, Ərdoğan Türkiyənin siyasi keçmişində mühüm yer almasına baxmayaraq, gələcəyinə onunla getməkdə Türk toplumu, investorları və digər aktorları maraqlı görünmür.

Məmməd Talıblı

Turan.az

Bənzər yazılar

Back to top button