Dünya

Ermənistanda bir sutkada 355 koronavirusa yoluxma aşkarlanıb, 4 ölüm qeydə alınıb

Koronvirusa yoluxanların ümumi sayı 9282-yə və ölümlərin sayı 131-ə çatdı

AzToday.az “news.am” saytına istinadən xəbər verir ki, Ermənistan Səhiyyə Nazirlyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Mərkəzindən verilən məlumata görə, Ermənistanda 31 may tarixinə səhərə qədər 1 sutkada daha 355 nəfərdə koronavirusa yoluxma qeydə alınıb.

Mərkəzdən verilən məlumata görə, bu günə qədər koronavirusa yoluxanların ümumi sayı 9282-yə çatıb, 131 nəfər ölüb.

Orxan Məmmədli

AzToday.az

Bənzər yazılar

Back to top button