İdman

Super Liqanın vitse-prezidenti “Mançester Yunayted”dən gedir

“Mançester Yunayted” Avropa Super Liqası layihəsinin təşkilatçılarından olan klubun icraçı direktoru Ed Vudvordla yolları ayırır.

Fanat.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Xəbərə görə, 49 yaşlı funksioner mövsümün sonunda vəzifəsindən ayrılacaq. O, 2013-cü ildən “Mançester Yunayted”in icraçı direktoru idi.

Qeyd edək ki, “Mançester Yunayted” rəsmi saytı vasitəsilə yeni yaradılan turnirdə iştirak etməyəcəyini açıqlayıb.

Bənzər yazılar

Back to top button