Siyasət

Baydenin “genosid” kəlməsi Türkiyəyə necə təsir edəcək? – Rəylər

“Türkiyənin Amerikadan asılılığı yoxdur. Amma ABŞ yaxın Şərqdə, Rusiya ilə mübarizədə Türkiyənin köməyinə böyük ehtiyac duyacaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, Amerika Türkiyədən daha çox asılıdır:

“Baydenin səfeh qərarı Allah hökmü deyil ki. Sarsaqladı, bir söz dedi, yel götürdü getdi. Türkiyə qocaman dövlətdir. Ona nə olacaq ki? Regionun ən güclü dövlətidir. Bayden öz halına yansın ki, tarixə idbar və başıboş bir adam kimi düşdü. Fransa, İsveçrə də qəbul eləmişdi. Nə oldu? Dünya qopdu? Baydenin sözlərinin ikili mənası da var. Bayden bunu pisləmək üçün deyil, bir daha təkrarlanmaması üçün söyləyir. Özünə bir əl yeri də qoyur. Zənnimcə, Amerika kimi bir dövlət erməni tarixçilərinin barmağından sorub çıxartdığı qondarma soyqırımı haqqında danışmamalı idi. Dingiliş-dingiliş qərarlar verənlər xalqın taleyi ilə oynamağa çalışır. Oynaya da bilməzlər. Türkiyə bundan sonra daha əzmli olacaq”.

Politoloq Zərdüşt Əlizadə isə qeyd edib ki, Türkiyə bu günə kimi necə olubsa, elə də yaşamağa davam edəcək:

“Amerika prezidentinin çıxışında bir kəlməni işlətməsi Türkiyə dövlətininin mübarizəsini dəyişməyəcək. Sadəcə Türkiyə-Amerika münasibətlərinə mənfi təsir göstərəcək”.

Bənzər yazılar

Back to top button