İdman

“Barselona” kubokdan kənarlaşdırıla bilər

“Barselona” “Kral Kuboku”ndan kənarlaşdırıla bilər.

Fanat.Az “Marca”ya istinadən xəbər verir ki, Kataloniya klubu “Levante”yə səfərdə 1:2 hesabı ilə uduzduğu 1/8 final mərhələsinin ilk oyununda sarı vərəqə limitini doldurduğu üçün cəzalı duruma düşən Xuan Brandaris Movilyanın xidmətindən istifadə edərək əsasnaməni pozub. Start heyətində meydana çıxan futbolçu 58-ci dəqiqədə əvəzlənib. Mərkəz müdafiəçisinin “Barselona”nın ikinci komandasında aldığı “sarı”ya görə cəzalı olduğu bildirilir.

İspaniya Kral Futbol Federasiyası faktı təsdiqləyib. Amma “Barselona” bununla razılaşmır. Klubdan bildirilib ki, , məsələ ilə bağlı matç başa çatdıqdan sonra 48 saat ərzində rəsmi şikayət ərizəsi olmalıdı. Reqlamentin pozulmasından cavab görüşü ərəfəsində xəbər tutan “Levante”nin prezidenti Kiko Katalan isə milli federasiyaya şikayət edəcəklərini deyib.

Yanvarın 17-də keçirilmiş cavab qarşılaşmasında 3:0 hesabı ilə qələbə qazanan “Barselona” 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, 2015-ci ildə “Real” klubu “Kral Kuboku”nun 1/16 finalından “Kadis”lə ilk matçda cəzalı Denis Çerışevin xidmətindən istifadə etdiyi üçün yarışdan kənarlaşdırılıb.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button