Bizim seçimCəmiyyətİqtisadiyyat

Hansı millət vəkilləri ictimai nəqliyyatdan istifadə edir? (SORĞU)

Gündəlik həyatda çoxumuz metrodan, avtobusdan istifadə edirik. Bəs millət vəkillərimiz ictimai nəqliyyatdan istifadə ediblər? “Sonuncu dəfə ictimai nəqliyyatdan nə vaxt istifadə etmisiz?” sualı ilə deputatlarımıza müraciət etdik.

Fazil Mustafa: “Sonuncu dəfə 1 il öncə metrodan istifadə etmişəm. Hazırda isə istifadə etmirəm, şəxsi avtomobilim var”.

Vahid Əhmədov: “Açığını deyim ki, sonuncu dəfə 1 il öncə marşrutdan istifadə etmişəm. Metrodan indi də arabir istifadə edirəm”.

Araz Əlizadə: “Vallah yadıma da gəlmir. Çox-çox əvvəllər, tələbə vaxtlarımda istifadə etmişəm. Mənim öz maşınım olmazdan əvvəl həmişə piyada gəzmişəm, hər yerə piyada gedib-gəlməyi xoşlayırdım. Ona görə ictimai nəqliyyatdan çox az istifadə etmişəm”.

Yevda Abramov: “Müxbirdi? Qurtardıq da, a kişi. Mən yol üstdəyəm, paltar geyib işə gedirəm”.

Fərəc Quliyev: “Təsadüfən lazım olanda metrodan da, marşrutdan da istifadə edirəm, amma mütəmadi istifadəçi deyiləm”.

Azər Badamov: “Təbii ki, ictimai nəqliyyatdan istifadə edirik. Ən lazım olan vaxtda hamımızın köməyinə gəlir. Bugün müasir avtobusların olması, kart sisteminin tətbiqi ictimai nəqliyyatdan istifadəni qat-qat asanlaşdırıb. Axırıncı dəfə bazar günü metro ilə işim olduğu üçün “Xalqlar dostluğu” stansiyasına gedib qayıtmışam. Elə bir ay öncə də həmkarım Tahir Rzayevlə metroda rastlaşmışam”.

Eldar İbrahimov: “Tarix yadımda deyil, amma yeri gələndə istifadə edirəm. Xüsusi getdiyim bir yer yoxdur. İşə gedib evə gəlirəm. Şəhərə çıxanda isə istifadə edirəm. Düzü marşruta minməmişəm, amma metroya minirəm”.

Qaynarinfo.az

Bənzər yazılar

Back to top button