Hadisə

Deputatın atasının adına olan torpaqlarda kütləvi ağac kəsilir – FOTO

“Xaçmaz Rayonu Fərzəlioba kəndi (KöhnəXudat bələdiyyəsi) yaxınlığında deputat Eldəniz Səlimovun atası Adil Səlimovun adına olan torpaqlarda kütləvi ağac kəsilməsi davam edir”.

Qlobal.az xəbər verir ki, bu barədə sosial şəbəkədə “ecofront” məlumat yayıb.

Məlumata görə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məsələyə müdaxilə edə bilmir.

“Bir neçə dəfə cərimə yazılsa da ETSN-i sayan yoxdur. Bu torpaqlar vaxtı ilə meşə fondu olub. Saxta məhkəmə qərarı ilə bələdiyyə fonduna, ordan da Adil Səlimovun adına keçirilib. Dağıdıcı subsidiya mexanizmi və məmur özbaşınalığı davam etdikcə, bu hallar yeni ssenarilərlə davam edəcək. Rayonun aidiyyatı qurumları heç biri bu dağıdıcı fəaliyyətə müdaxilə etmir.”-deyə, məlumatda bildirilir.

Qeyd edək ki, Eldəniz Səlimov həm də parlamentdə Aqrar Siyasət Komitəsinin üzvüdür.

Bənzər yazılar

Back to top button