İdman

Haalanddan Premyer Liqa rekordu

“Mançester Siti”nin futbolçusu Erlinq Haaland İngiltərə Premyer Liqasında yeni rekorda imza atıb.

Qol.az xəbər verir ki, o, buna 8-ci turda səfərdə “Vulverphempton”la matçın 16-cı dəqiqəsində fərqləməklə nail olub. 21 yaşlı hücumçu nəticədə ardıcıl 4 səfər matçında qol vura bilib. Bu isə Premyer Liqada rekord göstəricidir.

Əlavə edək ki, “Vulverhempton” – “Mançester Siti” görüşündə fasilədir və “şəhərlilər” 2:0 hesabı ilə öndədirlər.

Qeyd edək ki, Haaland “Siti”yə bu yay “Borussiya”dan (Dortmund) keçib.

Bənzər yazılar

Back to top button