Siyasət

Türkiyə mətbuatı Paşinyanın qələbəsini Rusiyanın itkisi adlandırdı

Türkiyənin Haber7 nəşri Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” partiyasının növbədənkənar parlament seçkilərində qalib gəlməsinə həsr olunmuş material yayımlayıb.

Qaynarinfo xəbər verir ki, məqalə müəllifi “Bu nəticə həm Ermənistanı, həm Rusiyanı, ABŞ-ı, Azərbaycanı və nəticədə Türkiyəni maraqlandırır” deyə qeyd edib. Müəllif bu seçkilərdəki qarşıdurmanın Rusiya ilə Qərbin qarşıdurması kimi qəbul edilə biləcəyinə inanır, çünki Vaşinqton Paşinyanın, Rusiya isə Köçəryanın arxasındadır.

Müəllif eyni zamanda Rusiyanın Qarabağ müharibəsində istədiyini aldığını – Qarabağda hərbiçilərini yerləşdirdiyini yazır. Ancaq bütün Ermənistan üzərində nəzarəti əldə etmək üçün Paşinyanın siyasi səhnədən çıxarmaq mümkün olmayıb.

“Paşinyanın Ermənistanda hakimiyyətinin davam etməsi, xüsusən ABŞ faktoru səbəbiylə Rusiyanın hərəkət imkanlarını məhdudlaşdıra bilər”, – məqalədə deyilir.
Müəllif qeyd edir ki, Rusiya Zəngəzur dəhlizinə nəzarət etmək üçün Sünik şəhərində hərbi baza yaratmaq istəyir. Lakin ABŞ bu dəhlizdə daimi Rusiya hərbi varlığının əleyhinədir, bu səbəbdən Paşinyan Rusiya bazasının inşa edilməsinə razı deyil.

Materialın müəllifi Paşinyanın qələbəsinin erməni cəmiyyətində parçalanmaya səbəb ola biləcəyini və bunun küçə iğtişaşları ilə nəticələnə biləcəyini düşünür.
Xatırladaq ki, Paşinyanın partiyası seçkidə səslərin 53.92%-ni qazanıb. Paşinyanın əsas rəqibi Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın “Ermənistan” bloku isə yalnız 21.04% səs əldə edə bilib.

Bənzər yazılar

Back to top button