İdman

Messinin “Barselona” ilə müqaviləsi bitdi, azad agent oldu

Lionel Messinin “Barselona” ilə müqaviləsi başa çatıb.

Argentina millisinin üzvü bu gündən – 1 iyul tarixindən azad agent olub. Hələlik “Barselona” və Messi arasında yeni müqavilə imzalanmayıb.

Qeyd edək ki, Messi 2003-cü ildən “Barselona”da çıxış edib. O, komandanın heyətində 10 dəfə İspaniya çempionu olub, 7 dəfə “Kral Kuboku”nu, 8 dəfə İspaniya Super Kubokunu, 4 dəfə Çempionlar Liqasını, 3 dəfə UEFA-nın Super Kubokunu və klublararası dünya çempionluğunu qazanıb.

Bənzər yazılar

Back to top button