Dünya

Pakistanda 262 saxta pilotun uçuş liseniyası ləğv edildi

Pakistanda uçuş lsenziyasını şübhəli və ya saxtakarlıq yolu ilə aldığı iddia edilən 262 pilotun işinə xitam verilib.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, aviasiya sektorunun ən böyük qalmaqalı kimi görünən hadisədə lisenziyası ləğv edilən pilotların 141-inin “Pakistan International Airways” (PİA), 9-unun “Blue Airways”, 10-unun “Serene” Hava Yolları şirkətində çalışdığı bildirilib.

Pakistanın aviasiya naziri Qulam Sərvər Xan qalan pilotların isə uçuş klublarında və çarter reysləri həyata keçirən şirkətlərdə çalışdıqlarını deyib. Həmçinin əlavə edib ki, bütün özəl şirkətlərə və uçuş klublarına lisenziyaları şübhə doğuran pilotların işə götürülməməsinə dair xəbərdarlıq göndərilib.

Qeyd edək ki, bir müddət əvvəl İslamabadda pilotların səhvi nəticəsində təyyarə qəzası baş vermiş, 97 nəfər həyatını itirmişdi. Hadisədən sonra pilotluq imtahanlarında saxta yollarla lisenziya verməkdə ittiham olunan 5 məmur saxlanılıb.

Bənzər yazılar

Back to top button