Hadisə

Arvadını öldürən Nicat gömrük əməkdaşı olub? – Açıqlama

Bakıda arvadını öldürməkdə təqsirləndirilən Nicat Abdullayevin Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşı olduğu deyilir.

AzToday.az “Yeni Sabah” istinadən xəbər verir ki, sözügedən qurum isə bu iddiaları təkzib edib.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov bildirib ki, N.Abdullayev gömrük orqanlarında çalışmayıb.

Qeyd edək ki, Oktyabrın 6-sı, axşam saatlarında arvadına 20 bıçaq zərbəsi vuraraq öldürməkdə təqsirləndirilir. Bildirilir ki, 33 yaşlı ər 3 uşaq anası olan arvadı, 27 yaşlı Leyla Abdullayevanı Bakı Avtovağzalının yaxınlığında qətlə yetirib. Onun gömrükdə işləməsi haqda məlumatı Abdullayevin yaxınları yaymışdı.

Bənzər yazılar

Back to top button