Siyasət

Sülh sazişinə aparan atışmalar – “Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq”

“Arazdəyən (Yeraxs) qəsəbəsindəki atışmalar Azərbaycan tərəfinin demarkasiya işlərini həyata keçirməsi ilə bağlıdır. İki həftədən sonra atəş dayanacaq və Yersaxda sərhəd dəyişəcək”.

Hit.az erməni mediasına istinadən xəbər verir ki, bu sözləri Ermənistanın sabiq Baş Qərargah rəisi Movses Akopyan deyib.

Onun sözlərinə görə, Yeraxsdan sonra yeni münaqişə ocağı yaranacaq. “Mən bu münaqişə ocağının harda olacağını bilirəm. Lakin deyə bilmərəm. Çünki hakimiyyət məni ittiham edəcək ki, düşmənə istiqamət verirəm”, – deyə o iddia edib.

Akopyanın fikrincə, mümkündür ki, Azərbaycan öz məqsədinə çatmaq üçün bir güllə belə atmasın: “Yeraxsdakı gərginlik bitəcək, yenisi başlayacaq. Sünikdə daha ciddi problemlər hələ qalır. Nəticələr bizim üçün çox ağrılı olacaq. Əgər nələrin baş verdiyini, harada baş verdiyini, necə baş verdiyini bilmək istəyirsinizsə, 10 noyabr və 11 yanvar razılaşmalarını diqqətlə oxuyun və öyrənin. Bu gün biz onların reallaşdırıldığını müşahidə edirik”.

Ermənistanın ikinci prezidenti isə Naxçıvanla Arazdəyən qəsəbəsi sərhədində baş verənlərin Azərbaycanla bağlanılacaq sülh sazişinin “perelyüdiyası” adlandırıb.

Onun sözlərinə görə, hazırda Arazdəyəndə baş verənlər böyük xəritədəki kiçik fraqmentlər kimi görünür. Onun sözlərinə görə, xəritədə vəziyyət belədir ki, Ermənistan artıq özünü qorumaq imkanlarını itirib.

“Görünən odur ki, o, artıq düşmənə diş qıcaya bilmir. Çünki dişləri yoxdur”, – deyə Köçəryan vurğulayıb.

Ermənistanın keçmiş prezidenti deyib ki, ermənilər yüzlərlə Azərbaycan əsgərinin Qara göl ətrafında yerləşməsini unudublar:

“Bu, Ermənistanda müharibə və ondan sonrakı dövrlərdə baş verən proseslərin məntiqi davamıdır. Biz göstərdik ki, dişimiz yoxdur, cəsarətlə cavab vermək imkanımız da yoxdur və Azərbaycan öz gündəminə bu cür hərəkətləri ilə davam edəcək”.

O hazırkı vəziyyəti diqqətlə işlənilmiş məğlubiyyətin texnalogiyası adalanıdırıb.

“Ssenarilərdən biri odur ki, Azərbaycan davamlı olaraq təxribatlar törədərək müharibə qorxusu yaradır. Bu isə o deməkdir ki, xalq bütün güzəştlərə gedilmiş sənəd imzalandıqadan sonra onu satqınlıq kimi deyil, xilas kimi qəbul edəcək. Bu, məğlubiyyət texnologiyasıdır. Biz bir dəfə bunu yaşamışıq. Əminliklə demək olar ki, Yeraxsda baş verənlər sülh sazişinə zəmin hazırlamaqdır. Həmin sazişdə mütləq Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyacaq. Bu isə Qarabağın gələcəyi üzərindən böyük xəttin çəkilməsi deməkdir”.

Bənzər yazılar

Back to top button