Cəmiyyət

Pandemiya ilə mübarizə yenidən təşkil ediləcək (ŞƏRH)

“Qarşıda gözlənilən yeni dalğa fonunda neqativ fəaliyyət sərgilənməkdə davam edərsə, pandemiya Azərbaycanda daha böyük tələfatlara gətirib çıxaracaq”.

Bunu Qaynarinfo-ya açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla Operativ Qərargahın geniş tərkibli respublika müşavirəsində “Baş nazir Əli Əsədovun son günlər ölkədə yoluxma hallarının artdığını söyləməsi sərt karantin rejiminə qayıdışın anonsu sayıla bilərmi” sualını cavablandırarkən deyib. Həmsöhbətimiz bildirib ki, Baş nazirin belə bir açıqlaması Operativ Qərargahın, TƏBİB-in, aytrı-ayrı xəstəxana rəhbərlərinin pandemiya ilə mübarizə işinin təşkilində yol verdikləri nöqsanlara aiddir:

“Fövqəladə Hallar Nazirliyinin xəstəxanası, onun strukturu da qüsurlarla doludur. Bəzi klinikalarda baş verən neqativ hallar, nöqsanlar onu göstərir ki, korporativ maraqlar önə çıxanda əsas məsələlər arxa planda qalır. Bu isə pandemiya ilə mübarizə işinə deyil, başqa məqsədlərə xidmət edir”.

Həkim qeyd edib ki, Baş nazirin açıqlaması pandemiya ilə mübarizənin yenidən təşkil ediləcəyinin anonsudur:

“Qarşıda gözlənilən yeni dalğa fonunda da anoloji neqativ fəaliyyət sərgilənməkdə davam etsə, pandemiya Azərbaycanda daha böyük tələfatlara gətirib çıxara bilər. Bu mənada müxtəlif korporativ maraqlar güdmək ümumi işimizə ziyandır. O baxımdan Baş nazir dediklərində haqlıdır. Onun açıqlaması pandemiya ilə çəkişmədə qarşıdan gələcək 4-cü dalğa ilə mübarizəni yenidən təşkil etməyə hesablanmış addımdlr”.

Bənzər yazılar

Back to top button