İdman

Mourinyo Zidanın yerinə göz dikib

Joze Mourinyo bir sıra Avropa klublarının təkliflərini rədd edib.

Fanat.Az xəbər verir ki, bu barədə goal.com məlumat yayıb.

Bildirilir ki, 56 yaşlı mütəxəssis bu addımı “Real”ın baş məşqçisi olmaq üçün atıb. Nəşr qeyd edib ki, Mourinyo hazırda Zinəddin Zidanın rəhbərlik etdiyi komandaya qayıtmaq istəyir.

Portuqaliyalı məşqçiyə dəvət göndərən klublar arasında “Şalke 04”, “Monako” və “Milan” da var.

Qeyd edək ki, son günlər “Real”ın Zinəddin Zidanla yollarını ayıra biləcəyi ilə bağlı xəbərlər yayılır. “Kral Klubu”nun Mourinyo ilə yanaşı, Massimiliano Alleqri və Raul Qonsalesin namizədliyini nəzərdən keçirdiyi bildirilir.

Bənzər yazılar

Back to top button