Cəmiyyət

Azərbaycanlı tələbə Avropa İttifaqının saytında boşluq tapdı

Azərbaycan Texniki Universitetinin (AzTU) İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin 2-ci kurs tələbəsi Sadiq Qasımov Avropa Birliyinin rəsmi veb səhifələrində boşluq aşkar edib.

Bu barədə AzTU məlumat yayıb.

Bildirilib ki, aşkarladığı boşluğu CERT-EU (The Computer Emergency Response Team for the EU institutions, bodies and agencies) saytına bildirən tələbə təsdiq cavabını alıb və bir müddət sonra məlumatlar saytın “Hall of Fame” hissəsində 2 dəfə paylaşılıb.

Qeyd edilib ki, Sadiq Qasımov bu yaxınlarda AzTU-da keçirilən kibertəhlükəsizlik üzrə CTF (“Capture-The-Flag”) yarışında birinci yerə layiq görülüb.

Bənzər yazılar

Back to top button