Dünya

Bill Qeyts koronavirusla mübarizəyə vəsait ayırdı

“Microsoft” şirkətinin sahibi Bill Qeyts və həyat yoldaşı Melindaya məxsus “Bill Melinda Gates Foundation” xeyriyyə fondu koronavirusa qarşı mübarizə tədbirləri üçün tezliklə 100 milyon ABŞ dolları ayıracaq.

“Report” fondun saytına istinadən xəbər verir ki, məbləğin 20 milyonu koronavirusa yoluxanları daha tez müəyyənləşdirməyə və onların müalicəsinə sərf olunacaq.

Həmçinin Ümumdünya Səhiyyə Təşkilatı və ABŞ-dakı xəstəliklərə nəzarət və profilaktika mərkəzləri kimi aidiyyəti qurumlara, Çinin və təsdiqlənmiş yoluxma hallarının qeydə alındığı başqa ölkələrin səhiyyə idarələrinə də vəsait göndəriləcəyi bildirilir.

Bənzər yazılar

Back to top button