Hadisə

Araz Ağalarov “Crocus Group”un koronavirusa görə itkisindən danışdı

“Crocus Group”un prezidenti Araz Agalarov şirkətin koronavirus pandemiyası və tətbiq olunan məhdudiyyətlərin səbəbindən itkisini 4 milyard rubl səviyyəsində qiymətləndirib.

Virtualaz.org bildirir ki, bu barədə “RBC” milyarderin sözlərini çatdıran mətbuat xidmətinə istinadən məlumat yayıb.

Ağalarovun sözlərinə görə, koronavirus xəstələri üçün müvəqqəti xəstəxananın “Crocus Expo”ya yerləşdirilməsindən təxmin edilən mənfəət ümumiyyətlə dövlət sifarişində olan 10-15% təşkil edir.

“Çox güman ki, pul baxımından bizim üçün bu təxminən 100-150 milyon rubl təşkil edəcək. Bundan bütün vergiləri ödəməli olacağıq”,- deyə iş adamı bu məbləğin şirkətin mövqeyinə ciddi təsir göstərməyəcəyini vurğulayıb.

Forbes yazır ki, iyunda Ağalarovun oğlu və “Crocus Group”un birinci vitse-prezidenti Emin Ağalarov “RBC”nın İnstaqramdakı səhifəsinin “ChEZ Next” layihəsinə verdiyi müsahibədə xəstəxanın sərgi mərkəzində açılması şirkətə gəlir gətirmədiyini söyləyib.

“Crocus”dakı tibb müəssisəsi 12 mayda işə başlayıb. Araz Ağalarov deyir ki, o vaxtdan bəri 1100-dən çox xəstə xəstəxanadan keçib. Bu həftə Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bölgədə aşkar edilən koronavirus hallarının sayının azalması səbəbindən xəstəxananın sökülməsinə başlandığını elan edib.

Milyarder qeyd edib ki, əsas salon üçün icarə müqaviləsi iyul ayının sonuna qədər qüvvədədir. Avqustun əvvəlində sökməyi planlaşdırırlar, amma hələlik son qərar verilməyib. Müqavilənin ödənilməsində şirkət indiyə qədər büdcə ayırma limitinin təxminən 70% -ni alıb.

Bənzər yazılar

Back to top button