Hadisə

Ötən ay atasından, bu ay isə özündən prokurorluğa şikayət olunan deputat

Xəbər verdiyimiz kimi, Xaçmaz rayonunda Milli Məclisin deputatı Eldəniz Səlimovun Xaçmaz Rayon Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsinin polis əməkdaşı Mirzəyev Zaur Cavanşir oğlunu döyərək ona xəsarət yetirməsi faktı təsdiqlənib. Bu fakt üzrə materiallar araşdırılması üçün Baş Prokurorluğun İstintaq İdarəsinə göndərilib.

Qaynarinfo deputat Eldəniz Səlimovun kimliyini araşdırıb. Məlum olub ki, Eldəniz Səlimov 1976-cı il oktyabrın 2-də Xaçmaz şəhərində anadan olub. Eldəniz Səlimovnın atası – Adil Səlimov dəmiryolçu olub və hazırda bizneslə məşğuldur.

Mərkəzi Seçki Komisiyasının saytında göstərilir ki, 2015-ci ildə parlament seçkilərində E.Səlimov 55 saylı Xaçmaz şəhər dairəsi üzrə 16 388 səslə qalib gəlib.

Ötən ayın 3-də E.Səlimovun şirkət sahibi olan atası ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yaymışdı. Məlumatda bildirilib ki, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən aparılan araşdırma zamanı Xaçmaz rayonunun Fərzəlioba kəndinidə xüsusi mülkiyyətdə olan təqribən 27 hektar sahədə “Qərb Ekol” şirkəti tərəfindən aqrobağ salınması məqsədilə müxtəlifcinsli ağac və kol bitkilərinin kəsildiyi faktı müəyyən edilib. Araşdırma zamanı təbiətə ümumilikdə 65 040 manat məbləğində ziyan dəydiyi hesablanıb və dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından sənədlər Xaçmaz rayon prokurorluğuna göndərilib.

“Qərb Ekol” şirkəti ilə mülkiyyət sahibi Adil Səlimov adlı şəxs arasında razılaşma əldə edilib və aqrobağın salınması üçün işlərə başlanılıb. Lakin iş aparan “Qərb Ekol” şirkəti tərəfindən aqrobağ salınması üçün qanunamüvafiq sənədləşmə işlərinin aparılmadığı məlum olub.

Bənzər yazılar

Back to top button