İdman

AFFA qapıları açdı, “ortabab dələduzlar” gəlir

Azərbaycanda futbol təsərrüfatı uzun müddətdir ki, “istedadlı dələduzlar”ın monopoliyasındadır. Onlar qapıları möhkəm-möhkəm bağlamışdılar. Qapının arxasında isə futbola soxulmaq istəyən xeyli “ortabab dələduz” qalmışdı. Ha çalışırdılar, alınmırdı. Onlardan bəziləri əvvəllər bu təsərrüfatda olublar. Amma dələduzluq istedadları yetərli olmadığı üçün duruş gətirə bilməmişdilər futbolda.

İndi dövr dəyişib. Azərbaycanda futbol tamamilə öldüyü üçün dəyişiklik qaçılmazdır. Bunu “istedadlı dələduzlar” da başa düşürlər. Bu addımı atmasalar, gələcək karyeraları risk altına düşə bilərdi.

“İstedadlı dələduzlar”a sərf edirdi Bakı çempionatı. Komandaların əksəriyyəti onların nəzarətində idi. İstədikləri məbləği rahatlıqla “yuya” bilirdilər.

İndi isə qapılar açılıb, futbol regionlara doğru şaxələnməlidir. Bundan istifadə edən “ortabab dələduzlar”ın da yürüşü başlayıb. Birinci və ikinci divizionda iştirak edəcək komandaların idərəetmə sisteminə xeyli “ortabab dələduz” yerləşib.

Yəni növbəti mövsüm pəstah olacaq Azərbaycan futbolunda. Oyun alverinin sayı-hesabı olmayacaq. “İstedadlı dələduzlar” oyun alverinə girişmirdilər. Onlar klublara dövlətin ayırdığı pulu “yuyur”dular. “Ortabab dələduzlar”ın əli yenə də milyonlara çatmayacaq. Ona görə də alverə qurşanacaqlar.

Adamın PFL-ə yazığı gəlir. Allah səbir versin, uşaqlar.

Natiq Muxtarlı

Aut.az

Bənzər yazılar

Back to top button