DigərHadisə

İbad Mənəfov hakimiyyətin qəzəbinə tuş gəlib

AzToday.az onlayn qəzeti Azərbaycanda fəaliyyət göstərən, müstəqil media orqanıdır. Müstəqil media orqanı kimi daim məmurların təzyiqinə məruz qalmaqdayıq.

Hazırda saytımıza faktiki olaraq sponsorluq edən iş adamı İbad Mənəfov hakimiyyətin qəzəbinə tuş gəlib.

Belə ki, AzToday.az onlayn qəzetin əsasını qoyan, xəbər portalının fəaliyyət göstərməsi üçün maliyyə dəstəyi verən və hazırda saytın təşkilati işləri ilə məşğul olan iş adamı İbad Mənəfov təzyiqlərlə üz-üzə qalıb. AzToday.az saytını maliyyələşdirdiyi üçün hüquq-mühafizə orqanlarından dəfələrdə xəbərdarlıq alan İbad Mənəfovun biznesi, daha konkret mətbuat yayımı məntəqələrinin fəaliyyətinə heç bir səbəb göstərilmədən qadağalar qoyulub. İş adamından AzToday.az saytını bağlamağı tələb edirlər. Bakı Şəhər Baş Polis İdarəsinə çağrılan İbad Mənəfova sayt bağlanmayacağı təqdirdə Azərbaycanda biznes fəaliyyəti ilə məşğul olmağa imkan verilməyəcəyi deyilməklə yanaşı, özünün də həbs ediləcəyi bildirilib. Qeyri-rəsmi şəxslər vasitəsi ilə, habelə naməlum telefon nömrələrindən gələn zənglərdə İbad Mənəfova fiziki cəhətdən məhv edilməsi ilə bağlı xəbərdarlıq edilib. Redaksiyamıza daxil olan məlumatlara görə, artıq İbad Mənəfovun həbs edilməsi üçün qurama bir ssenarinin həyata keçirilməsinə start verilib.

Bənzər yazılar

Back to top button