İş adamı dələduzluqda ittiham olunur

AzToday.az onlayn qəzetinə sponsorluq edən iş adamı İbad Mənəfova cinayət işi açılıb.
Belə ki, Nəsimi rayon Polis İdarəsində başlanılan cinayət işinə əsasən İbad Mənəfov dələduzluqda ittiham olunur. Artıq bu məqsədlə İbad Mənəfovun yaşadığı evə cağırış göndərilib.
İbad Mənəfov başlanan cinayət işinin heç bir əsasının olmadığını və qurama bir iş olduğunu bildirir:
“Həbs ediləcəyimlə bağlı dəfələrlə xəbərdarlıq almışdım. Məndən Aztoday.az saytını bağlamağı tələb edirdilər. Görünür bu yolla məni susdurmaq istəyirlər”.
Qeyd edək ki, AzToday.az onlayn qəzetin əsasını qoyan, xəbər portalının fəaliyyət göstərməsi üçün maliyyə dəstəyi verən iş adamı İbad Mənəfov hüquq-mühafizə orqanlarından dəfələrlə xəbərdarlıq alıb. Onun biznesi, daha konkret mətbuat yayımı məntəqələrinin fəaliyyətinə heç bir səbəb göstərilmədən qadağalar qoyulub.