Hadisə

Oqtay Gülalıyevin vəziyyəti kritikdir

Hüquq müdafiəçisi Oqtay Gülalıyevdə qastrostomiya borusu dəyişdirildikdən sonra vəziyyəti kəskin şəkildə pisləşib, belə ki, onun köməyilə qida birbaşa mədəsinə verilirdi.

Bu gün səhər erkən saatlarda xanımı müəyyən edib ki, qastrostomiya borusu boşluqdan çıxıb. Saat 08.30-ə yaxın o, Topşubaşov adına klinikaya aparılıb. Orada ona müvəqqəti qastrostomiya borusu yerləşdiriblər.

Sonra evə gətirilib, qastrostomiya borusu ilə yemək verildikdən sonra titrəməyə başlayıb, temperaturu yüksəlib. Onu KT keçirilməsi üçün süni nəfəsin tətbiqilə Mərkəzi Klinik xəstəxanaya aparıblar. Vəziyyəti kritik olaraq qiymətləndirilir. İlkin müayinə göstərdi ki, problemlər beyin xəstəlikləri ilə əlaqədar yaranıb. Həkimlər lazımi tədbirləri görürlər.

Bənzər yazılar

Back to top button