İdman

Ronaldunun “Mançester Siti”yə keçməməsinin səbəbi açıqlandı

Kriştianu Ronaldunun “Mançester Siti”yə keçməməsinin səbəbi açıqlanıb.

Qaynarinfo xəbər verir ki, bu barədə İtaliyanın “La Repubblica” qəzeti məlumat yayıb. Bildirilir ki, pportuqaliyalı futbolçu baş məşqçi Pep Qvardiolaya görə “şəhərlilər”lə müqavilə bağlamayıb.

Belə ki, Ronaldu əvvəlcə ispaniyalı mütəxəssislə danışıb. Lakin Qvardiola onunla soyuq rəftar edib və əsas heyətdə oynamaqla bağlı təminat verməyib. Bu səbəbdən 36 yaşlı futbolçu “Mançester Siti”yə keçməkdən imtina edib və “Mançester Yunayted”ə qayıtmaqla bağlı qərar verib.

Qeyd edək ki, 2009-cu ildə “Mançester Yunayted”dən “Real”a transfer olunan Ronaldu 2018-ci ildə “Yuventus”a üz tutub. Son günlər “Mançester Siti” ilə danışıqlar aparan və bir çox məsələlərdə anlaşma əldə edən futbolçu son anda fikrini dəyişərək “Mançester Yunayted”lə müqavilə bağlayıb.

Bənzər yazılar

Back to top button