Dünya

Çində koronavirusdan ölənlərin sayı artmaqda davam edir

Çində yeni növ koronavirusdan daha 150 nəfər dünyasını dəyişib.

Bu barədə Çinin Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsindən bildiriblər.

Məlumata əsasən, ölkədə yeni növ koronavirusa yoluxanların sayı 77150 nəfərə çatıb, onlardan 2592 nəfər ölüb, 24734 nəfər isə sağalıb.

Bildirilir ki, ötən sutka ərzində 1846 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

Bənzər yazılar

Back to top button