Dünya

Ermənilər Nikolu söyür: “Bizi müharibəyə sürüklədin”

Azərbaycan Ordusunun erməni hərbi birləşmələrinə ağır zərbələr endirməsindən sonra Ermənistanda baş nazir Nikol Paşinyana qarşı etirazlar artmaqdadır.

Erməni ekspert, “Politekonomik” mərkəzinin rəhbəri Andranik Tevanyan Nikolu Ermənistanı müharibəyə sürükləməkdə ittiham edib.

Ekspert bildirir ki, Paşinyan danışıqlar prosesindən heç bir nəticə çıxarmadı və Ermənistanın genişmiqyaslı müharibəyə cəlb olunması üçün bütün şərtləri yaratdı: “Paşinyan Düşənbədə İlham Əliyevlə liftdə etdiyi söhbəti özünün təbliğatı üçün, Azərbaycan Prezidenti isə Qarabağ cəbhəsində hərbi mövqelərini gücləndirmək üçün istifadə etdi. Daha sonra baş nazir KTMT-də Ermənistanın mövqeyini zəiflətdi, Ermənistan-Rusiya münasibətlərini korladı. Danışıqlar prosesində uğursuzluğa düçar oldu, halbuki, bu uğursuzluq “məxməri” hökumətin super parlaq siyasəti kimi təqdim olundu. Xarici siyasətdə kobud səhvlərin nəticəsində Azərbaycanın mövqeləri gücləndi”.

Tevanyan hesab edir ki, Ermənistanı yalnız möcüzə xilas edə bilər.

“Digər ölkələrin ümidinə qalmaq günah, müttəfiqləri olmamaq isə dövlətə xəyanətdir”, – erməni ekspert qeyd edib.

Publika.az

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button