Cəmiyyət

Bakıda koronavirusa yoluxmanın ən çox qeydə alındığı rayonlar açıqlandı (SİYAHI/FOTO)

Paytaxt üzrə koronavirus (COVID-19) infeksiyasına yoluxma göstəriciləri açıqlanıb.

AzToday.az xəbər verir ki, bu barədə məlumat koronavirusinfo.az saytında yerləşdirilib.

Belə ki, statistik göstəricilərə görə, paytaxt üzrə qeydə alınan yoluxma hallarının 14,6 %-i Binəqədi rayonunun payına düşür.

Ardıcıllığa əsasən, yoluxma hallarına görə ikinci yerdə 13,6 % ilə Xətai rayonu qərarlaşır.

Digər rayonlar üzrə isə Yasamalda və Sabunçuda 11,8 %, Suraxanı 8,4 %, Nərimanovda 7,8 %, Nəsimidə 7,6 %, Xəzərdə 7,5 %, Nizamidə 7,1 %, Səbaildə 4,9 %, Qaradağda 4,4 %, Pirallahıda isə 0,5 % yoluxma halı qeydə alınıb.

Qeyd edək ki, ölkəmizdə koronavirusa yoluxma hallarının 54,3 %-i Bakı şəhərində qeydə alınıb.

Bənzər yazılar

Back to top button