İdman

Madrid nəhəngi ukraynalı qapıçısına qiymət qoydu – MƏBLƏĞ

“Real Madrid” ukraynalı qapıçısı Andrey Lunin üçün transfer təkliflərini nəzərdən keçirməyə hazırdır.

Fanat.az xəbər verir ki, bu barədə “DefensaCentral” məlumat yayıb.

Mənbənin məlumatına görə, “Kral klubu”nun prezidenti Florentino Peres ukraynalının satışından 40 milyon avro qazanmaq niyyətindədir. Eyni zamanda, Andreyin “Transfermarkt”da transfer dəyəri 16 milyon avrodur.

Luninin Madrid klubu ilə hazırkı müqaviləsinin müddəti 2025-ci ilin yayına kimi nəzərdə tutulub. 25 yaşlı qolkiper bu mövsüm bütün yarışlarda 28 oyun keçirib və 25 qol buraxıb. O, 12 görüşdə qapısnı toxunulmaz saxlayıb.

Bənzər yazılar

Back to top button