Hadisə

Binə ticarət mərkəzində özbaşınalıq: Ticarət Mərkəzinin ərazisi İrandan olan tacirlərə satılır?

“Təhlükə qapımızın önündədir. Pandemiya dövründə üzləşdiyimiz iqtisadi çətinliklərin, artıq sona çatdığını düşündüyümz bir vaxtda rəhbərlik Binə Ticarət Mərkəzinin ərazisini İrandan olan tacirlərə satmağı planlaşdırırlar”.

Bunu fəaliyyətləri qeyri-müəyyən durumda olan Binə ticarət mərkəzinin icarədarı Kamil və Səbinə adlı obyekt sahibləri deyiblər.

“Bəlkə yeni dəyişiklik, sizlərin xeyrinə ola bilər” sualımıza isə söhbətimizə yenicə qoşulan Mahir adlı satıcı “İran iş adamları xaraktercə ambisiyalı və öz maraqları naminə yüzlərlə sahibkarı güdaza verən olurlar. Bu baxımdan, onlardan bizim xeyrimizə hansısa addımı atacaqlarına ümidimiz yoxdur. Çıxış yolu ancaq buranı tərk etməkdir” deyə cavab verir. Kamil deyir ki, Binə Ticarət Mərkəzinin sahibləri olan Kəbirə və Dilşad xanımlar çox qocaldıqlarından və iradəsiz qadın olmalarından idarətetməni tamamilə itiriblər. Bundan istifadə edən bacıoğlusu Bəhruz və digər kişilər bazarı söküb dağıdır, sahibkarları incidirlər. Ona görə də, sahibkarlar ərazini tərk edirlər. Bu zaman onlar obyekti aldıqları zaman ödədiklər pulun yarısını almalı olurlar, buda ki, aylığa bölünməklə ödənilir: “Elə hallar olur ki, 30, 40 min manata alınan obyekt 10 min manata geri alınır. Təbii ki, 10 min manat aylıq 200-250 manat olmaqla qaytarılır. Baş Prokrorluqdan və digər aidiyyatı dövlət qurumlarından ticarət mərkəzində hökm sürən hərci-mərcliyə münasibət bildirmələrini xahiş edirik”.(Xalq.az)

Bənzər yazılar

Back to top button