Hadisə

Tikintisi yarımçıq qalan Abidə MTK-nin sakinlərinə indi heç nə vəd etmir

Abidə MTK şirkətinin payçıları Bakının mərkəzində yaşayış binasının 19 ildir uzanan tikintisi məsələsində köməklik göstərmək xahişi ilə Turan-a kollektiv məktubla müraciət ediblər. Bina DİN binasının arxasında yerləşir. Prezidentə və şəhər rəhbərliyinə çoxsaylı müraciətlərə baxmayaraq, bina tikilmir, yeni binanın tikintisi bəhanəsi ilə sökülən əvvəlki binanın sakinləri isə öz vəsaitləri ilə mənzil kirayə götürmək məcburiyyətindədirlər.

2004-cü ildə 252-ci məhəllədə, Zərgərpalan, Tolstoy, Muxtarov, Tağızadə küçələrinin kəsişməsində yaşayış binaları sökülüb. Sakinlərə yeni binada yeni mənzillər vəd ediblər. Əvvəlcə Abidə MTK 13 mərtəbəli binanın tikintisinə başlayıb. Sonra məlum olub ki, bu tikinti şirkəti Azərbaycan Beynəlxalq Bankının problemli müştərilərindən biri idi. Onda prezidentin 2015-ci il tarixli fərmanı ilə binanın tikintisi Aqrarkredit səhmdar sığorta şirkətinə həvalə olunub, 2017-ci ildə isə Azərbaycan Sənaye Korporasiyasının (ASK) tabeliyinə verilib.

Amma yuxarılarda baş verən yerdəyişmələr binanın tez tikilməsinə gətirib çıxarmayıb. Turan-a zəng edən sakinlərin etirafına görə, onlar yalnız 2021-ci ilin avqustunda Turan-da “Prezident evin tikintisini başdansovdu cavabla məşğul olan korporasiyaya verib” sərlövhəli məqalənin dərc olunmasından sonra tikintidə müvəqqəti də olsa sürətlənmə hiss ediblər. Həm də tikintiyə rəhbərlik edənlər onları problemlərini Turan-a danışdıqlarına görə məzəmmət edirdi.

İnşaatçılar bir az hərəkətə gəliblər və tezliklə yenidən sakitlik yaranıb. İnşaatçıların növbəti bəhanəsi binanın bünövrəsində aşkar edilən yeraltı sular olub. İndi isə sakinlərə ASK-nin tikinti üçün pulu olmadığını deyirlər. “Nə vaxt olsa, onda tikintini tamamlayarıq”.

Sakinlər ölkə prezidentinə açıq məktub göndərərək, sakinlərin bir hissəsinin 19 ildir kirayə mənzillərdə yaşadığını, digər hissəsinin tikilən mənzilləri almaq üçün bank krediti götürdüyünü və nəticə etibarilə yeni mənzilləri olmadığını, amma kredit ödəmək məcburiyyətində olduqlarını bildiriblər.

Mövcud olmayan binanın payçıları Natiq Əlizadə, Fazil Cəfərov, Emil Kərimov, Leyla Ağayeva, Gültən Həmidova, Lalə Hacıyeva insanların çoxdan ödəniş etdikləri mənzillərə köçə bilməsi üçün tikintinin tamamlanmasına yardım etmək xahişi ilə prezidentə müraciət edirlər.

ASK-dən Turan-ın telefonla və yazılı olaraq ünvanladığı suallara cavab verməyiblər.

ASK-nin fikri Sənaye Korporasiyasının saytındakı rəsmi məlumatda təqdim edilib. Podratçı EL Construct şirkətinin drenaj qurğuları vasitəsilə yeraltı suların boşaldılması, kollektiv qarajın izolyasiyası və digər işləri həyata keçirdiyi, habelə dəmir-beton konstruksiyaların köhnədən qalmış taxta qəliblərinin sökülüb çıxarıldığı deyilir. Amma saytda tikintinin başa çatacağı tarix haqqında məlumat yoxdur.

Bənzər yazılar

Back to top button