Siyasət

İran Azərbaycanla sərhəddə böyük ordu cəmləşdirdi – Sabah təlimlərə başlayır

İran Silahlı Qüvvələrinin quru qüvvələri sabahdan etibarən ölkənin şimal -qərb bölgəsində təlimlərə başlayacaq. APA -nın məlumatına görə, bunu İran Quru Qoşunlarının komandanı, general Kyumərs Heydəri bildirib.

Onun sözlərinə görə, “Fatihan Xeybər” adlı təlimlərdə toplar, pilotsuz uçuş təyyarələri, helikopterlər və zirehli texnikalardan istifadə olunacaq.

K. Heydəri deyib ki, hərbi təlimlərin keçirilməsində məqsəd bölgədə İran ordusunun hərbi gücünün artırılmasıdır. Təlimlərin neçə gün davam edəcəyi isə qeyd olunmayıb.

Bənzər yazılar

Back to top button